ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar məbləğində kömək göstərilməsi barədə sənəd imzalayıb.
YeniAvropa xəbər verir ki, prezident özü bu barədə"Twitter" hesabında məlumat paylaşıb: “Mən indicə iki partiyanın razılığı ilə dövlət tərəfindən maliyyələşdirmə barədə sənəd imzaladım. Bu sənədə əsasən hökumət Ukraynaya tarixi rekord məbləğdə - 13,6 milyard dollar yardım göstərir”.
Xatırladaq ki, Ukraynaya 13,6 milyard dollar həcmində yardım göstərilməsi barədə qərar daha əvvəl ABŞ Nümayəndələr Palatasında dəstəklənib. Bu məbləğin 6,5 milyard dolları Ukraynaya hərbi kömək kimi Pentaqon üçün ayrılacaq.