logo

Makron Zelenski ilə regiondakı vəziyyəti müzakirə etdi

09:19 18-03-2022 | icon 2401
Makron Zelenski ilə regiondakı vəziyyəti müzakirə etdi

Fransa lideri Emmanuel Makron ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir  ki, bu barədə V.Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb. Qeyd edib ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

"Fransa prezidenti ilə dialoqu davam etdiririk. Emmanuel Makronla Ukrayna xalqının müdafiə sahəsində dəstəyini müzakirə etdik. Sülh dialoqunun davam etdirilməsinə xüsusi diqqət yetirilir. Biz danışıqları gücləndirməliyik”, -deyə V.Zelenski əlavə edib.

Fransa prezidenti Emmanuel Makron isə yerli mətbuata müsahibəsində prezident Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edə biləcəyini deyib.