ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “quldur” adlandırıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, “İrlandiyanın dostları” adlı ənənəvi illik şam yeməyində çıxış edən ABŞ prezidenti, eyni zamanda Putinə “Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan qanlı diktator” deyib.
“İndi Böyük Britaniya ilə İrlandiya və Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan ölümcül bir diktatora, quldura qarşı birlikdə dayanan başqa bir cəmiyyət var”, - deyə Co Bayden sözlərinə əlavə edib.