logo

Ruslar Xarkovda Şərqi Avropanın ən böyük bazarını bombaladı

21:51 17-03-2022 | icon 2436
Ruslar Xarkovda Şərqi Avropanın ən böyük bazarını bombaladı

Rusiya işğalçı qoşunlarının Xarkovu atəşə tutması nəticəsində “Barabaşovo” bazarında yanğın baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə  “Suspіlne Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, yanğın ticarət mərkəzinin sıralarını bürüyüb. Yanğın yerinin yaxınlığında - "Qrad" reaktiv raket sisteminin mərmiləri, Xarkov üzərində qara tüstü qalxıb.

Qeyd olunur ki, “Barabaşovo” bazarı Şərqi Avropada ən böyük, dünyada isə ən böyük bazarlardan biridir.