logo

"G7" ölkələri Ukrayna üçün humanitar yardımı artıracaq

19:33 17-03-2022 | icon 2205
"G7" ölkələri Ukrayna üçün humanitar yardımı artıracaq

"G7" ölkələrinin xarici işlər nazirləri Ukraynaya humanitar yardımı artırmaq barədə razılığa gəliblər və digər ölkələri də buna çağırıblar.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya xarici siyasət idarəsinin "G7" ölkələrinin XİN rəhbərlərinin müşavirəsinin yekunlarına dair bəyanatında bildirilir.

Həmçinin qeyd olunur ki, Ukraynadakı hərbi əməliyyatlar onun kənd təsərrüfatı sektorunda tədarükündən asılı olan bir çox ölkələrdə ərzaq təhlükəsizliyinə və qiymətlərə təsir göstərəcək.

Nazirlər ukraynalı qaçqınların getdiyi qonşu ölkələrə beynəlxalq yardımın genişləndirilməsinin vacibliyini təsdiqləyiblər.