logo

Avropa Şurası Belarusla da əməkdaşlığı dayandırdı

19:19 17-03-2022 | icon 4445
Avropa Şurası Belarusla da əməkdaşlığı dayandırdı

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynaya qarşı apardığı i.ğalçılıq müharibəsində oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. 

Bundan əlavə, Avropa Şurası Nazirlər Komitəsi Minsklə istənilən texniki əməkdaşlığı da dayandırmaq niyyətindədir.