logo

Ərdoğan Putinlə Ukraynadakı vəziyyəti müzakirə etdi

17:57 17-03-2022 | icon 2219
Ərdoğan Putinlə Ukraynadakı vəziyyəti müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla məlumat yayıb.

Bildirilib ki, liderlər Rusiya-Ukrayna böhranının müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə Ukrayna ətrafında yaranmış böhranın həlli üçün çoxistiqamətli diplomatik fəaliyyət həyata keçirir.

Moskva səfərinin ardınca Ukraynaya gedən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda Kiyevdədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da vəziyyətlə bağlı növbəti dəfə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.