Ermənistan ordusunun əsgəri, 19 yaşlı çağırışçı Eduard Rüstəmyan ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, güllə yarası alan əsgərin meyiti bu gün saat 10:30 radələrində ölkənin cənubunda yerləşən hərbi hissələrdən birinin ərazisində aşkarlanıb. Hüquq-mühafizə orqanları faciəvi hadisənin təfərrüatını öyrənmək üçün araşdırmalara başlayıb. aparır.
Xatırladaq ki, bu, Ermənistan ordusunda son sutka ərzində aşkarlanan ikinci əsgər ölümüdür.
Belə ki, martın 16-sı axşam saat 21-00 radələrində cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində 2002-ci il təvəllüdlü, sıravi əsgər Albert Levonoviç Siroyan ölü tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində həlak olduğu müəyyən olunub.