logo

Rusiya metalruqları sanksiyalara görə 9 milyard dollar itirəcək

11:11 17-03-2022 | icon 2121
Rusiya metalruqları sanksiyalara görə 9 milyard dollar itirəcək

Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiyanın polad istehsalçılarının ümumi itkiləri 9 milyard dollara çatacaq.

 YeniAvropa "Ukrinform" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Spravdi” Strateji Kommunikasiyalar və Təhlükəsizlik Mərkəzinin məlumatında deyilir.

“Aİ-nin sanksiyaları Rusiyanın Avropaya polad ixracının təxminən 40 faizinə təsir edəcək və bu, rusiyalı istehsalçılara təxminən 9 milyard dollara başa gələcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Severstal” kompaniyası əsas sahibi Aleksey Mordaşova qarşı tətbiq olunan sanksiyalar səbəbindən artıq Avropa İttifaqı ölkələrinə ixracatı dayandırıb. Kompaniya Avropaya 2,5 milyon ton metal göndərir və bütün gəlirin 34 faizini (ildə təxminən 3,9 milyard dollar) bu regiondan əldə edirdi.