Melitopol şəhərinin meri İvan Fedorov əsirlikdən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müavini Kiril Timoşenko və dövlət idarəçiliyi aparatının rəhbəri Andrey Yermak məlumat veriblər.
K.Timoşenko bildirib ki, İ.Fedorovun rus əsirliyindən azad edilməsi üçün “xüsusi əməliyyat” başa çatıb.
A.Yermak isə öz növbəsində bildirib ki, Melitopol şəhərinin meri bu dəqiqələrdə prezident Volodimir Zelenski ilə görüşür.