logo

ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirir

21:51 16-03-2022 | icon 1967
ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirir

ABŞ yaxın günlərdə Rusiyaya qarşı sanksiya siyahısını xeyli genişləndirmək niyyətindədir.

YeniAvropa xəbər verir ki, bu barədə "CNN"ə  Ağ Evdəki mənbə məlumat verib. 

Məlumata görə, sanksiyalar Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafındakı yüksək rütbəliləri də əhatə edəcək.

Belə ki, sanksiya siyahısı Ukrayna prezidenti Volodımır Zelenskinin ötən həftə prezident Cozef Baydenlə telefon söhbəti zamanı çatdırdığı təkliflərə əsasən tərtib edilir.