Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məılumat yayıb.
Söhbət zamanı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunulub.
Tərəflər Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Həmçinin Ermənistan-Türkiyə dialoqu kontekstində son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.