logo

İtaliyada daha bir rusiyalı oliqarxın villası müsadirə olunub

17:36 16-03-2022 | icon 2156
İtaliyada daha bir rusiyalı oliqarxın villası müsadirə olunub

İtaliyanın maliyyə polisi rusiyalı oliqarx Petr Avenin Sardiniya adasındakı villasının üzərinə həbs qoyub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,  martın 16-da maliyyə polisi Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş rusiyalı oliqarxlara məxsus aktivlərin müsadirəsinə başlayıb.

Belə ki, Sardiniya adasının Sassari əyalətində rusiyalı oliqarxa məxsus, dəyəri təxminən 4 milyon avro olan daşınmaz əmlak kompleksi müsadirə edilib.

Qeyd edək ki,  İtaliya indiyədək rusiyalı oliqarxlara məxsus ümumi dəyəri 143 milyon avro olan yaxta və daşınmaz əmlak üzərinə həbs qoyub.

00-

Xatırladaq ki,Petr Aven 1955-ci ildə anadan olub. Rusiyanın tanınmış iş adamı,siyasətçi, iqtisadçı, ən nəhayət oliqarxdır. Bu ilin mart əvvəlinədək, -adı Avropa İttifaqının sanksiyalar siyahısına düşənədək, - Rusiyanın nəhəng kommersiya bankı olan "AlfaBank"a rəhbərlik edib. Prezident Vladimir Putinin ən yaxın adamlarından biri hesab edilir. "Forbes"in məlumatlarına görə, P.Aven rusiyalı milyarderlər sırasında şəxsi varidatına görə 21-ci yerdə gəlir.