logo

Sergey Lavrov Ukrayna ilə kompromis əldə ediləcəyinə ümid edir

15:15 16-03-2022 | icon 1967
Sergey Lavrov Ukrayna ilə kompromis əldə ediləcəyinə ümid edir

“Ukrayna nümayəndələri ilə danışıqlar asan keçmir, lakin kompromis əldə etməyə ümidlər var”.

YeniAvropa xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RBK" telekanalına müsahibəsində söyləyib.

“Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək lazımdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyənin Antalya şəhərində aparılan danışıqlarda Ukraynanın XİN başçısı Dmitro Kuleba heç bir yeni ideya irəli sürməyib.