logo

ABŞ prezidenti Co Bayden Ukraynaya dair NATO sammitində iştirak edəcək

14:54 16-03-2022 | icon 1953
ABŞ prezidenti Co Bayden Ukraynaya dair NATO sammitində iştirak edəcək

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenin alyansın martın 24-də Brüsseldə keçirilməsi planlaşdırılan sammitində iştirak edəcəyini təsdiqləyib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunu Yens Stoltenberq Şimali Atlantika blokunun müdafiə nazirlərinin iclası ərəfəsində Pentaqonun başçısı ilə birgə bəyanatında bildirib. O, həmçinin qeyd edib ki, martın 16-da NATO-nun müdafiə nazirliklərinin rəhbərləri Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı müdafiə üzrə uzunmüddətli planları da müzakirə edəcəklər.

“NATO münaqişənin Ukrayna hüdudlarından kənara çıxmaması üçün məsuliyyət daşıyır. O cümlədən bu səbəbə görə biz alyansın şərq cinahında mövcudluğunu gücləndiririk”, - deyə Yens Stoltenberq vurğulayıb.