logo

Ukrayna Ordusu bir sıra istiqamətdə əks-hücuma keçib

12:44 16-03-2022 | icon 2051
Ukrayna Ordusu bir sıra istiqamətdə əks-hücuma keçib

Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak  özünün "Twitter" hesabında məlumat paylaşıb.

O, paylaşımında ölkədəki son durumu açıqlayıb.

“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - deyə o, paylaşımında qeyd edib.