logo

Kiyev ətrafında növbəti Rusiya kalonu darmadağın edilib

12:08 16-03-2022 | icon 1855
Kiyev ətrafında növbəti Rusiya kalonu darmadağın edilib

Ukraynanın paytaxtı Kiyev ətrafında daha bir Rusiya ordusunun iri kalonu artilleriya zərbələri ilə darmadağın edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı videokadrları yayıb.

“Rusiya işğalçılarının növbəti texnika kalonu öz gəmilərinin arxasınca tələsir”, - deyə Baş qərargah Facebook səhifəsində paylaşdığı videoya belə qeyd yazıb.

Qeyd edək ki,  “gəmi” məsələsi Rusiyanın Ukraynaya hərbi təcavüzünün birinci günündə Odessa sahillərində baş vermiş və müharibənin simvoluna çevrilmiş hadisəyə eyhamdır. Belə ki, fevralın 24-də Rusiya hərbi gəmisi Ukrayna gəmisinin heyəti ilə radioəlaqə yaradaraq onlardan təslim olmağı tələb etmişdi, “Rusiya hərbi gəmisi” adından ultimatum səsləndirmişdi. Ukraynalı gəmi komandirinin cavabı isə  belə olmuşdu: “Russkiy voennıy korabıl, idi na x...!”