Rusiyanın işğalçı ordusu martın 16-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərini raket atəşinə tutub.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Şevçenko rayonunda çoxmərtəbəli yaşayış binasının raketlə vurulması nəticəsində ilkin məlumata görə, 2 nəfər xəsarət alıb.
Binadan 35 sakin təxliyə edilib.