logo

NATO Ukraynaya görə fövqəladə sammiti keçiriləcək

22:12 15-03-2022 | icon 2030
NATO Ukraynaya görə fövqəladə sammiti keçiriləcək

Martın 24-də NATO-nun Ukraynadakı vəziyyət və alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq martın 15-də özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Mən martın 24-də NATO-nun mənzil-qərargahında fövqəladə sammit çağırdım. Biz Rusiyanın Ukraynaya müdaxiləsini, Ukraynaya güclü dəstəyimizi, NATO-nun çəkindirici və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini müzakirə edəcəyik", - deyə NATO-nun baş katibi paylaşımında bildirib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəliyindən verilən məlumata görə, sammitdə Birləşmiş Ştatlar prezidenti Cozef Bayden də iştirak edəcək.