logo

Ərdoğan Çavuşoğlunu atəşkəsə görə Moskvaya, sonra da Kiyevə göndərir

21:51 15-03-2022 | icon 1960
Ərdoğan Çavuşoğlunu atəşkəsə görə Moskvaya, sonra da Kiyevə göndərir

Xarici işlər nazirimizi bu gün Rusiyaya göndərirəm. Sabah Moskvada görüşlər keçirəcək. Martın 17-də də Ukraynaya gedəcək. Atəşkəs üçün səylərimiz davam edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin martın 15-də keçirilən növbəti iclasından sonra xalqa müraciətində çatdırıb.

Çıxışında Antalya Diplomatiya Forumunun böyük uğurla keçirildiyini xatırladan dövlət başçısı bildirib ki, Forumun ən mühüm hadisəsi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü olub.