logo

Rusiya ordusu Mariupolda xəstələri və tibb işçilərini girov götürdü

21:11 15-03-2022 | icon 2079
Rusiya ordusu Mariupolda xəstələri və tibb işçilərini girov götürdü

Rusiya hərbçiləri Mariupolda xəstələri və tibb işçilərini girov götürüb.

YeniAvropa xəbər verir ki, bu barədə “The Kyiv Independent” məlumat yayıb. 

 Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenkoya istinadla yayılan xəbərdə bildirib ki, rus qoşunları Mariupolun kənarındakı xəstəxanaya daxil olub. “Ruslar 400 nəfəri xəstəxanada saxlayırlar. Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb. Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib. Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır”,-deyə qubernator bildirib.