Rusiya neftini alan olmadığı üçün tender ləğv edildi
“Urals” markalı Rusiya neftinin satışına dair daha bir tender baş tutmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilib ki, martın 14-də keçirilməli olan tenderə Rusiyanın “Zarubejneft” dövlət şirkəti cəmi 600 min ton olmaqla 6 partiya neft çıxarıb.
Şərtə görə neft müştəriyə ilin ikinci yarısında göndərilməli idi. Lakin bu nefti almaq üçün heç bir müştəri müraciət etməyib, potensial müştərilər iştirak üçün tenderdə qeydiyyatdan keçməkdən imtina ediblər və nəticədə tender baş tutmamış sayılıb.
Nəşrin yazdığına görə ,bundan əvvəl isə “Surqutnefteqaz” şirkəti “Transneft” şirkətinin Baltik limanlarından 8 tanker yükü həcmində “Urals” neftini satışa çıxarmışdı, amma alıcı tapılmadığından tender ləğv edilmişdi. Rusiyanın “Rusneft” dövlət şirkətinin də hasil etdiyi neftə müştəri tapmaqda çətinlik çəkdiyi bildirilir. “İnterfaks” agentliyinə danışan mənbə deyib ki, əsas problem müştərilərin nefti daşımaq üçün tanker tapa bilməməsidir. Çünki heç bir şirkət Rusiya neftini daşımaqla sanksiyalar riski ilə üzləşmək istəmir, ümumiyyətlə potensial müştərilər də Rusiya neftini kifayət qədər toksik hesab edərək ondan uzaq durmağa çalışırlar.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Rusiya neftinin alışını dayandırıb, Avropa İttifaqı isə “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinə qarşı yeni sanksiyaların anonsunu verib.
"TASS" agentliyinin məlumatına görə, hazırda “Urals” markalı Rusiya nefti “Brent” markalı neftlə müqayisədə 29 dollar ucuz təklif edilir. Hazırda “Brent” neftinin bazar qiyməti 105 dollardan aşağıdır.
Vəziyyət bu cür ağır olsa da Rusiya neftinin ənənəvi müştərilərindən olan “Indian Oil” Hindistan şirkəti 3 milyon barrel “Urals” neftini alıb. Şirkət bunu sanksiyaların pozulması kimi qiymətləndirmir, bildirir ki, sanksiyaların təsiri altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq etmir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır