Rusiya ordusunun Ukraynaya hücumu başlayandan bu günədək Ukraynadan 1,8 milyon insan Polşa sərhədini keçərək bu ölkəyə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə Polşa Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, ötən sutka ərzində Ukraynadan Polşaya gələnlərin sayı 71 min nəfəri ötüb.
Qeyd edək ki, Rusiyanın işğalı səbəbindən Ukraynadan köç etmək məcburiyyətində qalan insanlar , eləcə də ukraynalı qadınların Polşada doğulan uşaqları bu ölkədə 18 ay müddətində vizasız qala biləcəklər.