logo

 Rusiyanın işğalı zamanı Ukraynada ölən uşaqların sayı açıqlanıb

14:13 15-03-2022 | icon 1750
 Rusiyanın işğalı zamanı Ukraynada ölən uşaqların sayı açıqlanıb

Martın 15-nə olan vəziyyətə görə, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi nəticəsində 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokuror Ofisinin “Telegram” kanalında məlumat paylaşılıb. 

“Ən çox zərərçəkən Kiyev, Xarkov, Donetsk, Çernihiv, Sumı, Xerson, Mykolaiv, Jitomir əyalətlərindədir. Hər gün atəş nəticəsində azı 5 uşaq ölür”,- deyə paylaşımda qeyd olunub.

Bundan əlavə, indiyədək Rusiya ordusunun hava və artilleriya hücumları nəticəsində 400 təhsil ocağına ziyan dəyib, bunların 59-u tamamilə dağılıb. Həmçinin 11 səhiyyə müəssisəsi, biri əlil uşaqlar üçün olan 3 reabilitasiya mərkəzi atəşə tutulub.