Rusiya işğalçı ordusu martın 15-nə keçən gecə və səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərini mərmi atəşinə məruz qoyub.
YeniAvropa xəbər verir ki, bu barədə Kiyev şəhər Dövlət Administrasiyası məlumat yayıb. Bildirilib ki, raket zərbələri nəticəsində şəhərdə yaşayış binalarına və strateji obyektlərə ciddi ziyan dəyib. Svyatojin rayonunda 16 mərtəbəli yaşayış binasının raket atəşinə tutulması nəticəsində azı 2 nəfər həlak olub. Bundan başqa, Padol rayonunda metronun “Lukyanovka” stansiyasının ətrafına da mərmi düşüb.
Ümumiyyətlə, martın 15-ə keçən gecə və səhər saatlarında Kiyevin müxtəlif yerlərində partlayış səsləri eşidilib. Şəhər meriyası əhaliyə sığınacaqlardan çıxmamağı tövsiyə edib.