Türkmənistanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov qalib gəlib.
YeniAvropa Türkmənistan KİV-nə istinadla xəbər verir ki,bu barədə ölkənin Mərkəzi seçki komissiyası məlumat verib.
Bildirilib ki, Sərdar Berdiməhəmmədov seçkilərdə 72,97 faiz səs toplayıb.
Onun namizədliyi hakim Demokratik Partiyası tərəfindən irəli sürülüb.
Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Konstitusiyaya görə bu Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir. Sonuncu prezident seçkisi Türkmənistanda 2017-ci il 12 fevral trixində keçirilib və Qurbanqulu Berdıməhəmmədov seçicilərin 97,69 % səsini toplayaraq 3-cü dəfə ölkə prezidenti seçilib. Onun prezident səlahiyyətlərinin başa çatmasına hələ iki il qalırdı.