logo

ABŞ  Ukraynaya növbəti partiyada silah göndərəcək

09:33 15-03-2022 | icon 2030
ABŞ  Ukraynaya növbəti partiyada silah göndərəcək

Ukrayna Amerika Birləşmiş Ştatlarından yeni silah partiyası alacaq.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden özünün "Twitter" hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir: "Biz Ukraynanın Rusiya qüvvələrindən müdafiəsi üçün silahı olmasının qayğısına qalırıq. Ukraynalıların həyatını xilas etməkdən ötrü biz pul, ərzaq və yardım göndərəcəyik”.