Rusiyanın "Birinci Kanal"ında redaktor Ukraynadakı müharibəyə etiraz etdi
23:59 14-03-2022
|
2191
Rusiyanın dövlət telekanalı olan "Birinci Kanal"ın əməkdaşı, redaktor Marina Ovsyannikova “Vremya” proqramının yayımını zamanı canlı efirdəinsident törədib.
YeniAvropa xəbər verir ki,aparıcı Yekaterina Andreeva sanksiyalardan danışarkən M.Ovsyannikova kadra girib. O, əlində “Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Sizi aldadırlar” yazıları olan poster tutaraq, bir neçə dəfə təkrar edib: “Müharibəsi dayandırın! Müharibəyə yox!
Verilən məlumata görə, hadisədən sonra telekanalda yoxlama başlayıb. Marina Ovsyannikova saxlanılıb, hələlik onun barəsində hansı ölçü götürüldüyü barədə məlumat verilmir.