logo

Paşinyan Blinkenlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

23:33 14-03-2022 | icon 2135
Paşinyan Blinkenlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı olub. 

YeniAvropa xəbər verir ki,bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Söhbət zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması mümkünlüyü, həmçinin Ermənistan və Türkiyə arasında davam edən dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda beynəlxalq arenada baş verən hadisələr, o cümlədən Ukraynadaki vəziyyət müzakirə olunub.