Avropa İttifaqı(Aİ) Rusiyaya qarşı dördüncü iqtisadi və şəxsi sanksiyalar paketini təsdiqləyib.
YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, iclasa Fransa sədrlik edib.
“Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi beynəlxalq tərəfdaşlarla razılaşdıraraq, Ukraynaya qarşı təcavüzdə iştirak edən fiziki və hüquqi şəxslərə, eləcə də Rusiyanın bir sıra iqtisadi sektorlarına qarşı yönəlmiş dördüncü sanksiyalar paketini razılaşdırıb”, - bəyanatda deyilir.
Bununla bağlı tədbirlərin rəsmi jurnalda dərc olunduqdan dərhal sonra qüvvəyə minəcəyi bildirilir.
Həmçinin bildirilir ki, Aİ səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Ümumdünya Ticarət Təşkilatına bəyanatı təsdiqləyiblər. Bu bəyanatda Rusiyanın bazarlarda ən əlverişli ölkə statusu ilə bağlı Qaydaların tətbiqinin dayandırılması və Belarusun ÜTT-yə namizədliyi müzakirələrinin dayandırılması ilə bağlıdır.