Rusiya və Ukrayna arasında danışıqlar hər gün davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski məlumat verib.
O deyib ki, danışıqlar hər gün videoformatda davam edir. “Bu, vaxta və vəsaitə qənaət etməyə imkan yaradır. Rusiyanın dinc gələcəyi üçün Vladimir Putinin qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə çalışırıq”, - deyə V.Medinski özünün "Teleqram" kanalında yazıb.