Rusiyanın Ukraynada 19 gün ərzində apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 90 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb.
YeniAvropa "UNİAN" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, uşaqlar daha çox Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Mikolayev və Jitomir vilayətlərində hücumun qurbanı olub, xəsarət alıblar.
Bildirilib ki, 379 tədris müəssisəi bombalanıb və atəşə məruz qalıb.