Rusiyanın işğalçı ordusu martın 14-nə keçən gecə və bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərini mərmi atəşinə tutub.
YeniAvropa Kiyev şəhər Dövlət Administrasiyasına istinadla xəbər verir ki, martın 14-ü bazar ertəsi səhər saatlarında Kiyevdə təyyarə istehsalı üzrə dünyada məşhur olan “Antonov” zavodunu atəşə tutulub.
Bundan əlavə Kiyevin mərkəzi Obolon rayonunda yaşayış binası raket zərbəsi ilə vurulub.
Partlayışların baş verdiyi yerlərdə yanğınsöndürən, həkim briqadaları işləyir.
İlkin məlumata görə, partlayışlar nəticəsində iki nəfər həlak olub, 7 nəfər yaralanıb. Xilasedicilər Obolon rayonunda yaşayış binasında partlayış baş verən ərazidən təxminən 70 nəfəri təxliyə ediblər.