Martın 20-dən 25-dək Tbilisidə NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) “NATO-Gürcüstan–2022” adlı hərbi təlim keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək.
Təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazımi bacarıqları inkişaf etdirəcəklər.
Qeyd edək ki, bu NATO-nun Gürcüstanda təşkil etdiyi sayca üçüncü təlimdir.İlk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib.