logo

Ukraynada Rusiya hərbçilərinin cəsədləri iylənir...

20:40 12-03-2022 | icon 2079
Ukraynada Rusiya hərbçilərinin cəsədləri iylənir...

"Rusiya hərbçilərinin cəsədləri Ukraynadan Belarusun Mozır şəhərinə aparılır, orada onlar yığılır və naməlum istiqamətə aparılır".

YeniAvropa xəbər verir ki, bu barədə "BBC"nin rus xidməti məlumat yayıb.

Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, şəhərin küçələrində çoxlu sayda hərbçi var-ehtimal olunur ki, onlar Çeçenistandandır, həmçinin burada Rusiya nömrəli avtomobillər görmək olar.

“Cəsədlər heç  soyuducuya da yığılmır. Onlar adi 5-5 kvadratmetrlik bir otağa aparılır, bir müddət orada saxlanılır, çürüyür, iylənir, sonra onları daşıyıb harasa aparırlar... Bu işi əsgərlərin özləri görür. Hər şey ciddi şəkildə mühafizə olunur, ərazidən yalnız şöbə rəisi çıxa bilir”, - morqun əməkdaşı bildirib.

“Bu cəsədlərin sayını heç kim bilmir, lakin hər kəs baş verənlərdən dəhşətə gəlir. Həkimlər elə bilirlər ki, haradasa səyyar krematoriy var, ya da cəsədlər sadəcə basdırılır”, - o, sözlərinə əlavə edib.

Belarusun dövlət KİV-lərində yaralı Rusiya əsgərlərinin müalicə olunması bardə heç bir məlumat yoxdur.