Türkiyənin Mərmərə bölgəsinə yağan güclü qar səbəbdən “Türk Hava Yolları” aviaşirkəti martın 12-nə İstanbula nəzərdə tutulan 407 reysi təxirə salıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ləğv edilən səfərlərin 357-si “İstanbul”, 50-i isə “Sabiha Gökçən” hava limanlarına nəzərdə tutulurdu. Bu səfərlərdən 32-i daxili reyslərdir.
Xatırladaq ki, hava şəraitinin kəskin pisləşməsi səbəbindən “Türk Hava Yolları” martın 10-dan başlayaraq İstanbula nəzərdə tutulan səfərlərin böyük əksəriyyətini ləğv edib.
Qeyd edək ki, hidrometeoroloqlar axşam saatlarından etibarən İstanbulda qarın təsirinin daha da artacağı ilə bağlı xəbərdarlıq ediblər.