logo

İran ilk elektromobilini təqdim edib

14:15 12-03-2022 | icon 1967
İran ilk elektromobilini təqdim edib

İran milli istehsalı olan “Oxygen” adlı ilk elektromobilinin təqdimat mərasimini keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Şiraz şəhərində keçirilən təqdimat mərasimində elektromobili istehsal edən “Xodrasazan” şirkətinin nümayəndəsi yeni maşının texniki göstəriciləri barədə məlumat verib.

Qeyd olunub ki, 2 nəfər tutumu olan avtomobil hamı üçün ucuz və əlçatandır. Gələcəkdə yeni istehsal xətti açılacaq və avtomobillər 4 nəfər sərnişin tutumu ilə istehsal olunacaq.

Yeni avtomobil 220 kilometr məsafəni 15 kilovat/saat enerji israf etməklə qət edir.