Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.
YeniAvropa xəbər verir ki, media üçün qapalı keçirilən görüş 35 dəqiqə davam edib.
Qəbulda Türkiyənin vitse-prezidenti Fuat Oktay, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik iştirak ediblər.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu Türkiyə prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.