logo

Rusiya təxribat törədib Belarusu da Ukrayna ilə müharibəyə cəlb edir

19:49 11-03-2022 | icon 2226
Rusiya təxribat törədib Belarusu da Ukrayna ilə müharibəyə cəlb edir

Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.

YeniAvropa xəbər verir ki, bubarədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.

"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", -deyə Komandanlığın məlumatında qeyd edilib.