Türkiyənin Ukraynadakı səfirliyi təhlükəsizlik tədbirləri çərçivəsində Kiyevdən köçürüləcək.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Tanju Bilgiç məlumat verib.
Onun sözlərinə görə, diplomatik nümayəndəliyin əməkdaşları artıq paytaxt Kiyevdən Çernovtsı şəhərinə təxliyə ediliblər.