Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi rəisinin keçmiş müavini Dmitri Demyanenko martın 10-u Kiyevdə öldürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.
Bildirilib ki, hadisə martın 10-da, axşam saatlarında Kiyevin Osokorki yaşayış massivində baş verib.
Dmitri Demyanenkonun avtomobili blok-postda saxlamayıb və bunun ardınca “Mirotvorec” polkunun döyüşçüləri avtomobilə atəş açıb.