logo

Ukrayna Ordusu 5 yaşayış məntəqəsini Rusiyanın işğalından  azad edib

14:29 11-03-2022 | icon 2254
Ukrayna Ordusu 5 yaşayış məntəqəsini Rusiyanın işğalından  azad edib

Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini Rusiya qoşunlarının işğalından azad edib.

YeniAvropa "UNİAN"a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Şimal” operativ komandanlığı "Facebook" səhifəsində məlumat paylaşıb. 

Bildirilib ki, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil: “Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi-siyasi rəhbərlik onları atıb. İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehli döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.

Məlumatda həmçinin, bildirilib ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini də Rusiya hərbi qüvvələrinin işğalından tamamilə azad ediblər.