Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Antalyada bir araya gəliblər.
YeniAvropa xəbər verir ki, Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşdə beynəlxalq məsələlər, Türkiyə-NATO əlaqələri müzakirə olunub.