BMT,Avropa İttifaqının və Dünya Bankının missiyası Azərbaycanda səfərdədir
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun Qiymətləndirilməsi (RPBA) metodologiyası əsasında qiymətləndirilməsi üzrə BMT-nin, Avropa İttifaqının və Dünya Bankının ekspertlərindən ibarət missiyası Azərbaycana səfərə gəlib. Səfər zamanı Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilən işlər və ehtiyaclarla tanışlıq nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbərliyi və Mərkəzin nəzdində fəaliyyət göstərən işçi qrupların rəhbərləri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinin həyata keçirilməsində Qərargah çərçivəsində mövcud qurumlararası əlaqələndirmə mexanizminin əhəmiyyətini qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu istisna olmaqla Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov ekspert missiyasının əhəmiyyətini vurğulayaraq nümayəndə heyətinin əraziyə gözlənilən səfəri zamanı görülən işlərlə yerində tanış olacaqlarını bildirib.
Sonra İdarələrarası Mərkəzin işçi qrup rəhbərləri tərəfindən qonaqlara işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, ümumi planın, şəhərlərin Baş planlarının hazırlanması, rabitə, nəqliyyat infrastrukturunun yaradılması, ərazinin dayanıqlı iqtisadi inkişafı, enerji təminatı, ekoloji durumu və meşəbərpa məsələləri, tarixi və mədəniyyət abidələrinin mövcud vəziyyəti və bərpası, ərazilərə əhalinin qayıdışı ilə bağlı görülən işlər barədə məlumat verilib.
Daha sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş işlərə dair statistik məlumatlar qonaqlara təqdim edilib.
Görüşdə ekspertləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Səfərin nəticəsi olaraq ekspert missiyası tərəfindən ilkin hesabatın hazırlanması nəzərdə tutulur.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır