"Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub".
YeniAvropa xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko KİV-ə açıqlamasında bildirib.
O, qeyd edib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.
Müşavirin sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha da ağırdır:"Bütün dünyada Rusiya nefti və qazına tam embarqo tətbiq edilməlidir. Bu, qan puludur".
Oleq Ustenko həmçinin qeyd edib ki, Ukraynada müharibə səbəbindən müəssisələrin 50 faizi bağlanıb, qalanları isə öz imkanları hesabına işləyir.