logo

Ukraynada 500-dən çox rus əsgəri əsir götürülüb

21:51 10-03-2022 | icon 1855
Ukraynada 500-dən çox rus əsgəri əsir götürülüb

Son 15 gündə Ukraynaya qarşı döyüşən 500-dən çox rus əsgəri əsir götürülüb.

 YeniAvropa xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna prezidentin ofisinə istinadən məlumat yayıb. 

"Statistika çox çətindir. Çünki birbaşa döyüş toqquşmalarının çoxlu mərkəzləri var və əsirlər bizim müxtəlif bölmələrimizə düşür. İndi bunu tez bir zamanda bir cədvəldə ümumiləşdirmək mümkün deyil. Mövcud hesablamalara görə, hazırda təxminən 500-700 əsir var", - deyə məlumatda qeyd olunub. 

Bir gün əvvəl Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç müharibə zamanı 250-300 rusiyalının əsir götürüldüyünü bildirib.