Dünyanın məşhur pul köçürmə sistemlərindən olan “Western Union” Rusiya və Belarusda faəliyyətini dayandırır.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə sistemin yaydığı məlumatında bildirilib.
“Rusiya və Belarusdakı xidmətlərimizlə bağlı düzgün qərar vermək üçün maraqlı tərəflərin geniş dairəsi ilə ətraflı dialoq apardıq. Daxili və xarici amilləri, o cümlədən dəyərli həmkarlarımız, tərəfdaşlarımız və müştərilərimiz üçün təsirləri diqqətlə nəzərdən keçirdik. Yekunda Rusiya və Belarusdakı fəaliyyətimizi dayandırmaq qərarına gəldik”, - məlumatda qeyd olunub.