Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu vəzifəyə 44 yaşlı Katalin Novak seçilib.
O, hakim “Fides-Macarıstan Vətəndaş Birliyi” partiyasının sədr müavini kimi prezidentliyə namizəd olub.
199 yerlik Macarıstan parlamentində seçki günü 195 deputat iştirak edib. Onlardan 137-i Katalin Novaka səs verib.
Müxalifət partiyalarının ortaq namizədi Peter Rona isə 51 səs toplayıb
Keçmiş ailə məsələləri üzrə nazir olmuş Katalin Novak ölkə tarixində ilk qadın prezident olacaq.
O, 5 il müddətinə seçilib və iki müddət bu vəzifədə çalışmış yanoş Aderi əvəzləyəcək.