Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin əvvəlindən bəri Kiyev sakinlərinin yarısı şəhəri tərk edib.
YeniAvropa "UNIAN" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko deyib.
“Son məlumatlara əsasən, hazırda Kiyevin hər iki sakinindən biri şəhərdən çıxıb. Burada indi iki milyondan bir qədər az sakin qalıb. Bununla belə, şəhər qalaya çevrilib. Hər bir küçə, hər bir bina, hər blok-post möhkəmləndirilir”, - deyə Vitali Kliçko vurğulayıb.