logo

Ukrayna ordusu "İskəndər-M" divizionunu məhv etdi

15:15 10-03-2022 | icon 1974
Ukrayna ordusu "İskəndər-M" divizionunu məhv etdi

Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin divizionunu məhv edib.

YeniAvropa xəbər verir ki, bu barədə "UNİAN" agentliyi “Şimal” operativ komandanlığına istinadla məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, martın 10-da Çerniqov istiqamətində “Sever” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan Rusiya ordusunun “İsgəndər-M” divizionunu məhv edib.